Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pensiya sahəsindəki islahatlar davam edəcək - VİDEO

Pensiya sahəsindəki islahatlar davam edəcək - VİDEO

Tarix: 18 Yanvar 2023 12:56

Ölkədə işləyən şəxslərlə işləməyənlər arasındakı nisbətin dinamikası 2050-ci ilə qədər müəyyən edilib. Ölkə əhalisinin 2050-ci ilə qədər demoqrafik dinamikası və bunun pensiya sisteminə təsirinə dair ciddi təhlillər aparılıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Avropa İttifaqının "Azərbaycanda pensiya islahatlarına dəstək - Faza 2" tvinninq layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, pensiya sığorta sistemi olduğundan gələcək dayanıqlılığa xələl gətirilməməsi əsas hədəflərdəndir. Sahil Babyev  son 5 ildə sosial ödənişlərdəki artımlara da diqqət çəkib.

Nazir qeyd edib ki, pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 80 faiz artıma nail olunub.

Nazir 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüdlərin avtomatlaşdırılmış qaydada proaktiv təyinatına başlandığını, ötən dövrdə həmin sosial təminat növləri üzrə 500 min, o cümlədən pensiya üzrə 71 min proaktiv təyinatın həyata keçirildiyini bildirib.

Sahil Babayev bildirib ki, 2023-cü ildə də pensiya sahəsindəki islahatlar davam edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Pensiya sahəsindəki islahatlar davam edəcək VİDEO


RƏYLƏR