Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2023 13:40
"Hər bir insanın həyatında müxtəlif hadisələr baş verir. Amma insan bəzən elə bir problem yaşaya bilir ki, bu onun özünə aid olur. Buna heç kim qarışa bilməz. Ailə söz-söhbəti elə ailənin mətbəxində də qalmalıdır. İnsanların şəxsi həyatına girib, nəticə çıxarmadan, bilib-bilmədən danışmaq düzgün deyil. Yazırlar, pozurlar. Mən bunu başa düşə bilmirəm. Sən lap bir insan haqqında pis belə fikirləşsən, onu dilinə gətirməməlisən. Axı qarşındakı da insandır, onun qəlbini qıra bilərsən. Bəzi insanlar həqiqətən də azğınlaşıb, insanlıqdan çıxıblar. Boş-bekar evdə oturub, rəylər yazırlar. Onlara məsləhətim budur ki, gedib teatrlarda gözəl tamaşalara baxsınlar, savadlarını artırsınlar".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib.
"Heç bir valideyn istəməz ki, övladının başına bir iş gəlsin. Biz onların xoşbəxtliyi üçün yaşayırıq. Yaşım, həyatım mənə imkan verir ki, özümü müdrik sayım. Ailəmin problemlərinin həllində mənim müdrikliyim o qədər özümə bəsdir ki, araşdırıb hər şeyi yoluna qoya bilərəm. Ona görə də mənə yol göstərməyə ehtiyac yoxdur. Biz qızımla rəfiqəyik. O ancaq mənimlə məsləhətləşir, ortaq məxrəcə gəlir. Qızımın hər addımını mən idarə edirəm. Mən valideynəm, ona yol göstərməliyəm. Kənar şəxslərin onun işinə qarışmağa heç bir haqqı yoxdur. Həyat bumeraqndır, heç kim bilmir ki, başına nə gələcək. 2012-ci ildən mənimlə maraqlanmayan insanlar indi mənim ailəmi hallandırıb, qızım haqqında rəy verirlər. Siz kimsiniz axı?! Bu qızım Ülkərin öz həyatıdır, hansı seçimi istəsə, onu da seçəcək. O uşaq deyil. Ürəyi kimə yatsa mən razı olacağam" deyə Rəhimə Nuriyeva bildirib.
Rəhimə Nuriyeva qızı Ülkərin türkiyəli məşhur müğənni Barış Kömürcüoğlu ilə münasibətlərinə də aydınlıq gətirib.
"Onlar ilk dəfə "Elgizlə izlə" verilişində tanış olublar. Ülkəri sadəcə müğənni kimi dəvət etmişdilər. O qonaq olanda Barışı da dəvət ediblər. Barış çox qabiliyyətli, mərifətli oğlandır. Eşidəndə ki, Barış Ülkərə elçi düşüb, mən özüm də şokda oldum. Bir-birini tanımırlar, görməyiblər heç. Ülkərdə heç onun nömrəsi də yoxdur. İnsanların bir-birini tanımağı üçün vaxt, zaman lazımdır. Bu Allahın qismətidir, qızımın bəxti hardadırsa orda da xoşbəxt olacaq. Barış Ülkərin səsinə qulaq asıb, çox bəyənib. Bu gün sabah duet də oxuyacaqlar, onda görək nə söz-söhbət olacaq?! Sənət adamları bir-biri ilə iş görürlərsə, mütləq ər-arvad olmalıdırlar?" deyə Rəhimə Nuriyeva deyib.