Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur aktyorun barmaqları qırıldı - FOTO

Məşhur aktyorun barmaqları qırıldı - FOTO

Tarix: 18 Yanvar 2023 19:22

Hazırda "Yürek çıkmazı" serialında rol alan məşhur türk aktyor Mesut Akustanın başına iş gəlib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçinin barmaqları qırılıb.

Belə ki, çəkiliş zamanı dişi çıxan aktyor həkimə getmək üçün maşına minib. Akusta avtomobildən düşərkən müvazinətini itirərək yıxılıb.

Sənətçinin yıxıldığını görməyən sürücü isə maşını arxaya sürərək onun barmaqlarını əzib. Ağrıdan qıvrılan Mesutun 3 barmağı da qırılıb.

Xəstəxanaya aparılan aktyorun əlinə gips qoyulub və o, işə qayıdıb. Səhhətindəki problemlərə baxmayaraq işini yarım qoymayan Akusta serialda dava etmiş kimi göstərilib.


Etiketlər:  Məşhur aktyorun barmaqları qırıldı FOTO


RƏYLƏR