Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2023 19:32
Türkiyəninn İstanbul şəhərində dəhşətli qətl hadisəsi baş verib: iki uşaq atası olan Şener Barut boşanma ərəfəsində olan 6 illk həyat yoldaşı, 27 yaşlı Sultan Barutu barışmaq bəhanəsi ilə görüşə çağıraraq ürəyindən bıçaqlayıb.
Sonxeber.net big.az-a istinadən bildirir ki, qatil cinayətdən öncə sosial şəbəkədə canlı yayım açıb.
Belə ki, Şener içki içib, musiqiyə dinləyərək çəkdiyi videoda bunları deyib:
"Asan deyil, heç bağışlamaram. Ailədə xırda söz-söhbətlər ola bilər, əsas bir-birinizə xəyanət etməməyinizdir. Dəyərinizi bilin. Sabah böyük gündür.
Çox dəyər verdik, çox güvəndik, qarşılığında xəyanət gördük. Mən bu halıma şükür edirəm. Daha betəri ola bilərdi. Hazırda azadlıqda deyil, həbsdə ola bilərdim. Ağlı başında bir insan olduğum üçün hazırda azadlıqdayam.
Dünya bir nəfərin ətrafında fırlanmır. Mən anamın ölümünə alışmışam, bunamı alışmayacağam?! Vursan, assan, həbsə düşəcəksən. Qoy yaşasın, görsün, bədəlini ödəsin həm bu dünyada. həm o dünyada.
Bundan sonra subayam".