Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Kukuli" tamaşası ilk dəfə olaraq Bakı və Gəncə səhnəsində

Tarix: 19 Yanvar 2023 13:45

Bir-birindən gözəl mahnıları ilə milyonlarla uşağın sevimlisinə çevrilən "Kukuli" tamaşası ilk dəfə olaraq Bakı və Gəncə səhnəsində.

"Kukuli" interaktiv-musiqili tamaşa 22-23 aprel tarixlərində Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert zalında və 24 aprel tarixində Gəncə Dövlət Filarmoniyasında Türkiyə (Ankara) teatrının təqdimatında təqdim olunacaq.

Yalnız üç gün olacaq musiqili-interaktiv tamaşa mahnıları, rəqsləri, qəhrəmanları, həyəcanverici mövzusu ilə uşaqlara və həmçinin böyüklərə möhtəşəm əyləncə vəd edir. Həmçinin bütün tamaşaçıları unudulmaz təəssüratlar və sürprizlər gözləyir!

Saat 11:00 və 14:00 baş tutacaq möhtəşəm, interaktiv, əyləncəli, ailəvi musiqili-interaktiv tamaşa biletlərini şəhərin bütün kassalarından.

Dostlar, gəlin bu dəyərli günü Türk millətinin 23 aprel "Milli Suverenlik və Uşaq Bayramı"nı bir yerdə qeyd edək.

Milli.Az


Etiketlər:  Kukuli tamaşası ilk dəfə olaraq Bakı Gəncə səhnəsində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ