Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2023 16:36
Zaqatalada minik avtomobili yanıb.
Sonxeber.net bildirir ki, ötən gün axşam saat 21:31 radələrində rayonun Yuxarı Tala kəndi ərazisində kənd sakini 1982-ci il təvəllüdlü İsmayılova Kişvər Fərhad qızına məxsus "Toyota Passo" markalı 90-ZB-746 nömrə nişanlı minik avtomobilində elektrik qısaqapanması nəticəsində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-in Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində avtomobil tam yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.