Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təbrizli xanım fəala 3 il həbs cəzası verildi

Təbrizli xanım fəala 3 il həbs cəzası verildi

Tarix: 19 Yanvar 2023 20:20

Molla rejimi Təbrizdən olan xanım fəal Leyli Purbabanı qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır.

Milli.Az Bizim.media-ya istinadən xəbər verir ki, bu barədə informasiyanı "Azad İran" Telegram kanalı yayıb.

Qadın fəalın ailəsinə onunla bağlı müraciətlərinə cavab verilmir. Leyli Purbabanın ailəsinin onun vəziyyəti barədə məlumat ala bilməməsi isə ciddi narahatlığa səbəb olub.

Leyli Purbaba 76 gündür həbsxanada saxlanılsa da, ailəsi ilə onun görüşünə icazə verilmir.

Azərbaycanlı xanım fəal 3 il həbs və 44 şallaq cəzasına məhkum edilib.

Qeyd edək ki, Leyli Purbaba keçən il noyabrın 2-də polis bölməsinə çağrıldıqdan sonra həbs edilərək barəsində cinayət işi açılıb və həbsxanaya köçürülüb.

Milli.Az


Etiketlər:  Təbrizli xanım fəala 3 il həbs cəzası verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ