Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Krediti olanlara MÜHÜM XƏBƏR: gecikdirilməyə görə...

Krediti olanlara MÜHÜM XƏBƏR: gecikdirilməyə görə...

Tarix: 19 Yanvar 2023 22:04

Kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir.

Mllət vəkili Vüqar İskəndərov deyib ki, kreditlərin qaytarılmasında müəyyən problemlər yaşanır, ödəniş müddətində gecikmə qeydə alınır. Bu zaman isə kredit üzrə əlavə faizlərin, başqa sözlə, cərimənin ödənilməsi qaçılmaz olur. Ona görə də qanunvericiliyə dəyişiklik edilir. Dəyişikliyə əsasən, borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Başqa sözlə, bankın müştərini sıxışdırmasına imkan verilməyəcək.

Millət vəkili deyib ki, dəyişiklik bu gün  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçirilən iclasında  müzakirə edilib: "Dəyişikliklər bu sahədəki  problemləri aradan qaldırmağa istiqamətlənib".


Etiketlər:  Krediti olanlara MÜHÜM XƏBƏR gecikdirilməyə görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ