Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gizli düymənin yerini bilmədilər, qaçırdıqları təyyarə yerə çırpıldı - FOTO

Gizli düymənin yerini bilmədilər, qaçırdıqları təyyarə yerə çırpıldı - FOTO

Tarix: 20 Yanvar 2023 09:28

Narkotiklə əlaqəli beş cinayətkar "Cessna 206" yüngül motorlu təyyarəsini qaçırsalar da, kabinədəki gizli düymə səbəbindən qəzaya uğrayıblar. Hadisə Argentinanın Çako əyalətində baş verib. Təyyarənin yanan dağıntıları uçuş-enmə zolağından yeddi kilometr aralıda aşkar edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları xəbər veriblər.

Məlumata görə, cinayətkarlar havaya qalxdıqdan sonra yanacaq ehtiyatını açmadıqları üçün təyyarə qəzaya uğrayıb.

"Əgər o, şəhərə düşsəydi, daha böyük faciə olardı... Təyyarənin gizli bloklama sistemi var. Cinayətkarlar havaya qalxanda xüsusi kranı açmağı unudublar və onların benzini qurtarıb. Bu yanacaq borusunun harada olduğunu hamı bilmir", - deyə prokuror Serxio Rios bildirib.

Məlumata görə, narkotacirlərin beşi də həlak olub.

Milli.Az


Etiketlər:  Gizli düymənin yerini bilmədilər qaçırdıqları təyyarə yerə çırpıldı FOTO


RƏYLƏR