Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2023 11:10
Bakının Yasamal rayonu ərazisindəki daha bir ünvanda beşmərtəbəli binaların söküntüsü planlaşdırılır.
Sonxeber.net BAKU.WS-ə istinadən bildirir ki, söhbət keçmiş 5 saylı çörək zavodu yaxınlığındakı binalardan gedir.
Belə ki, Zahid Xəlilov və Əbdürrəhim bəy Haqverdiyev küçələri ərazisində yerləşən binalardan bəzilərinin söküntüsü həyata keçiriləcək. Sakinlərə söküləcək evləri müqabilində kompensasiyalar təklif olunur.
Evlərini tərk edən sakinlərə pilot layihə olaraq yeni binalardan 20 kvadrat metr əlavə sahəsi olan mənzillər təklif olunur. Yeni binaların tikiləcəyi müddət ərzində isə vətəndaşlara 700 manat kirayə pulu verilir.
Yeni binalarda mənzil almaq istəməyən vətəndaşlara isə kvadrat metri 1700 AZN-dən pul təklif olnunur.