Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hollivud ulduzu həbs oluna bilər

Hollivud ulduzu həbs oluna bilər

Tarix: 20 Yanvar 2023 12:35

Hollivud aktyoru və prodüseri Alek Bolduin "Rust" filminin çəkiliş meydançasında ukraynalı rejissor Qalina Hatçinsi qəsdən qətlə yetirməkdə ittiham olunacaq.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Santa-Fe əyalətinin prokuroru Meri Karmak-Oltvisin sözlərinə görə, Bolduin və silah ustası köməkçisi Anna Qutierres-Rid yanvarın sonuna qədər iki ittiham aktı ilə üzləşəcəklər.

O bildirib ki, bunun üçün kifayət qədər dəlillər var.

Əgər onların günahları sübuta yetirilərsə, Bolduin və Qutierres-Ridi 18 aya qədər həbs cəzası və 5000 dollar cərimə gözləyir.

Qeyd edək ki, 2021-ci il oktyabrın 21-də filmin prodüseri və baş rol ifaçısı Bolduin iki nəfəri - operator Qalina Hatçins və rejissor Coel Souzanı yaralayıb. 42 yaşlı Qalina aldığı xəsarətlərdən dünyasını dəyişib. 48 yaşlı direktor körpücük sümüyündən yaralanıb və bir müddət xəstəxanada yatıb və sağalıb.

Araşdırmalar zamanı polis baş verənlərə görə yalnız Alekin məsuliyyət daşıdığını və güllənin təsadüfi olmadığını iddia etmişdi.


Etiketlər:  Hollivud ulduzu həbs oluna bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ