Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Filarmoniyada anım mərasimi keçirilib - FOTO

Filarmoniyada anım mərasimi keçirilib - FOTO

Tarix: 20 Yanvar 2023 17:21

Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində 20 Yanvar Faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər - Gülbacı İmanova) çıxış ediblər.

Anım mərasimində solistlər Səbinə Əsədova (soprano), Anton Ferştandt (bas-bariton), Əliəhməd İbrahimov (tenor), Nigar Tağıyeva (soprano) V.A.Motsartın d-moll K.626 Rekviyemini dinləyicilərə təqdim ediblər.

Milli.Az


Etiketlər:  Filarmoniyada anım mərasimi keçirilib FOTO


RƏYLƏR