Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2023 18:52
Niderland Həmkarlar İttifaqları Konfederasiyası (FNV) və müxtəlif həmkarlar ittifaqlarının çağırışı ilə ictimai nəqliyyat işçiləri ölkə daxilində ikigünlük tətilə başlayıblar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Dövlət Dəmir Yolları (NS) işçiləri tətilə qatılmayıblar. Tətildə bir çox regional qatar, avtobus, tramvay və digər ictimai nəqliyyat işçiləri iştirak edirlər.
Tətil səbəbindən regional qatar və avtobus nəqliyyatında gecikmələr yaşanıb, bir çox reyslər ləğv edilib.
Tramvay nəqliyyatının dayandığı Utrext şəhərində avtobusların hərəkətində ciddi gecikmələr yaranıb.
İctimai nəqliyyat şirkətləri onlara təklif olunan səkkiz faiz artımın qeyri-kafi olduğunu, bunun 14 faizə çatdırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.