Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2023 08:28
Böyük Britaniya beynəlxalq tərəfdaşlar qrupuna qoşulub. Bu qrup Ukraynaya qarşı müharibəyə görə Rusiyanın məsuliyyətə cəlb edilməsinə çalışacaq.
Bu barədə Britaniya xarici işlər naziri Ceyms Kleverli məlumat verib.
O bildirib ki, Britaniya Ukraynanın dəvətini qəbul edib və öz hüquqi təcrübəsini bölüşmək, Rusiya liderlərinin öz hərəkətlərinə görə tam məsuliyyətə cəlb edilməsi variantlarını araşdırmaq üçün bu koalisiyaya qoşulacaq.
Kleverli Ukrayna əsgərlərinin və dinc sakinlərin həlak olması, həmçinin milyonlarla ukraynalının didərgin düşməsi ilə bağlı etirazını ifadə edib. "Rusiyanın vəhşilikləri cəzasız qalmamalıdır", - deyə o vurğulayıb.
Qeyd edilir ki, Böyük Britaniyanın iştirakı yeni "hibrid" tribunalın yaradılması imkanlarının qiymətləndirilməsini əhatə edəcək. Bu tribunalın Beynəlxalq Cinayət Məhkəməsi və Ukraynanın daxili məhkəmə prosesi də daxil olmaqla hərbi cinayətlərin araşdırılması üzrə mövcud mexanizmləri tamamlaması nəzərdə tutulur.