Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2019 08:40
Bakı. Cani Babayeva - Trend:
Həmişə uşaqlarla birlikdə Milli Gimnastika Arenasına idmançılara dəstək olmaq üçün gəlirəm.
Bunu Trend-ə şənbə günü bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatının və aerobika gimnastikı üzrə beşinci Bakı çempionatının tamaşaçısı Ekaterina Hacıyeva deyib.
O bildirib: "Beş yaşlı qızım aerobika ilə məşğuldur. Istər bədii və yaxud aerobik gimnastika olsun, qızım idmançıların çıxışlarına baxaraq evdə gimnastların yerinə yetirdikləri elementləri təkrarlamağa çalışır. Sentyabr ayında Milli Gimnastika Arenasında 37-ci Bədii Gimnastika Dünya Çempionatının yarışlarını izlədik və çox məmnun qaldıq ”deyə o bildirib.
Oğlu və qızı gimnastika ilə məşğul olan Ekaterina Hacıyevanın sözlərinə görə, erkən yaşlarından uşaqlara idman sevgisini aşılamaq vacibdir.
Ekaterina Hacıyeva həmçinin bunları söyləyib: “Əvvəlcə uşaqların gimnastika ilə məşğul olması mənim arzum idi. Onları bu istigamətdə yönəltdim, amma indi onlar məşq etməkdən özləri çox məmnundurlar. Valideynlər daima uşaqlarına dəstək olmalıdırlar, çünki kiçik bir uşaq idman oynamağın nə qədər yaxşı və düzgün olduğunu dərk etmir "deyə o deyib.
Qeyd edək ki, 10-13 oktyabr tarixlərində bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, 6-cı Bölgələrarası Kubok və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı keçirilir.
4 günlük yerli turnirə ilk olaraq bədii gimnastlar start verəcək. İştirakçılar yarışlar ərzində "gənclər", "yeniyetmələr", "uşaqlar" və "balacalar" yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.
Aerobika gimnastları isə "böyüklər", "gənclər", "yeniyetmələr", "uşaqlar" və "balacalar" yaş kateqoriyasında yer alaraq, fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramında çıxış edəcəklər.
Gimnastikanın hər iki növü üzrə yarışlarda Bakı şəhəri və bölgələr üzrə ümumilikdə 300-dən çox idmançının iştirakı gözlənilir.
Bakı şəhəri üzrə Bakı Gimnastika Məktəbi, "Ocaq Sport", "AyUlduz", "Gymkids" Klublarının, "Zirvə International", Zabrat İdman Klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin