Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2023 18:16
Kriptovalyuta birjası Genesis müflisliyinin tanınması üçün müvafiq quruma müraciət edib. Təşkilatın rəhbərliyi isə biznesini satmağa hazırlaşır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, maliyyə qurumu müştərilərə ödənişləri davam etdirə bilmir. Firmanın kreditorlara 3 milyard dollardan çox borcu var.
Şirkət rəhbərliyi uğursuzluğu kriptovalyuta sahəsindəki problemlərlə izah edir.
Qeyd edək ki, kriptovalyuta böhranı əvvəllər böyük FTX resursunun dağılmasına səbəb olub.