Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Masallıda narkokuryerdə heroin aşkarlandı

Masallıda narkokuryerdə heroin aşkarlandı

Tarix: 21 Yanvar 2023 20:28

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xaricdən göndərilən külli miqdarda narkotikin ölkə ərazisində satışını təşkil etməli olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Hüseynov Masallı rayonu ərazisində saxlanılıb. Keçirilən baxış zamanı ona məxsus torbadan ayrı-ayrı bükümlərdə 15 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı həmin narkotik vasitənin ona satışı təşkil etməsi üçün xaricdə yaşayan narkotacir tərəfindən göndərildiyi müəyyən edilib.

Masallı RPŞ-nin əməkdaşkarının keçirdiyi digər bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş rayonun Banbaşı kənd sakini Şahin Cümşüdov saxlanılıb. Şəxsi axtarış zamanı ondan yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Masallıda narkokuryerdə heroin aşkarlandı


RƏYLƏR