Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2019 11:24
Bakı. Elnur Bağışov - Trend:
İranın şimalında yerləşən Gilan vilayətində leysan yağışlarının yağması və çayların daşması nəticəsində bir neçə körpü dağılıb.
Trend-in məlumatına görə, bunu İranın Gilan vilayəti valiliyinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Rza Eslami deyib.
R.Eslaminin sözlərinə görə, bir körpünün dağılması nəticəsində iki nəfər çaya düşüb. Onlardan biri xilas olsa da, digəri itkin düşüb.
Eslami əlavə edib ki, təhlükəli olduğuna görə, bir neçə körpü bağlanıb.
İdarə rəsmisi bir quşçuluq fermasının su altında qaldığını deyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin