Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2023 22:32
Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson "sülh formulu"nu müzakirə edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.
Ukrayna Prezidenti britaniyalı siyasətçinin fəal ictimai dəstəyini qeyd edib.
"Davosdakı bəyanatlarınızı eşitdim, buna görə təşəkkür edirəm. Ölkəmizi dəstəklədiyiniz üçün sizə minnətdarıq", - deyə Zelenski vurğulayıb.
"Sülh formulu"nun bəndlərindən biri Ukrayna üçün təhlükəsizlik təminatlarıdır. Əminəm ki, NATO-ya üzvlük bizim üçün ən yaxşı təminat olacaq. Dövlətimizin Alyansa üzv olması fikrini fəal şəkildə təbliğ etmək vacibdir", - deyə Zelenski əlavə edib.
Prezident cəbhə xəttindəki vəziyyət barədə ətraflı məlumat verib. O bildirib ki, tərəfdaşların güclü dəstəyi sayəsində Ukrayna Rusiya təcavüzünün qarşısını ala və bütün müvəqqəti zəbt olunmuş əraziləri azad edə biləcək.
"Rusiyaya əlavə səfərbərlik kömək etməyəcək, ordusunun motivasiyası yoxdur. Lakin bizə daha çox silah - tanklar, təyyarələr, uzaqmənzilli raketlər lazımdır", - deyə Zelenski qeyd edib.
Qeyd edək ki, bu gün Britaniyanın keçmiş baş naziri Boris Conson Kiyevə gəlib.