Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"10 Ferrari, 2 təyyarə nəyimə lazımdır?" - Sadio Mane

Tarix: 13 Oktyabr 2019 15:08

“Liverpul”un hücumçusu Sadio Mane özünün həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Qol.az xəbər verir ki, “Sensivel-Mente” nəşri futbolçunun dəbdəbə ilə arasının olmadığını yazıb.  Mane özü bu haqda deyib:

"10 Ferrari, 20 bahalı qol saatı və ya 2 təyyarə nəyimə lazımdır? Mən ağır günlər keçirmişəm. Ac qaldım, tarlada işləməli oldum, ayaqyalın futbol oynadım, təhsilim yox idi. Amma bu gün futbolun sayəsində qazandıqlarımla xalqıma kömək edə bilirəm. Seneqalda məktəblər, stadion tikdirir, yoxsul insanlara üçün paltar, ayaqqabı, yemək veririk. Çalışıram ki, bizim insanlarımız həyatın mənə bəxş etdiklərindən faydalana bilsinlər”.

Mane bildirib ki, ehtiyacı olan bir çox kasıb adamın hər birinə 70 avro verir: “Lüks maşınları, lüks evləri, səyahətləri və hətta təyyarələri göstərmək lazım deyil”.

 


Etiketlər:  10 Ferrari 2 təyyarə nəyimə lazımdır Sadio Mane


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ