Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda mağazaya silahlı basqın edilib

Bakıda mağazaya silahlı basqın edilib

Tarix: 24 Yanvar 2023 09:34

Bakıda mağazaya silahlı basqın edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, yanvarın 22-si saat 20 radələrində paytaxtın Xətai rayonu, X.Rüstəmov küçəsi, 23 saylı ünvanda yerləşən mağazada qeydə alınıb.

Belə ki, şəxsiyyəti istintaqla məlum olmayan şəxs obyektə müştəri qismində daxil olub. Daha sonra o, mağazada satıcı işləyən İsmayılova Gülçöhrə Səxavət qızına həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, silah qismində istifadə etdiyi bıçaqla vuracağı ilə hədələyib. Həmin şəxs içərisində 160 manat məbləğində pul olan 25 manat dəyərində çantanı və kassada olan 30 manat məbləğində pulu götürərək ərazidən uzaqlaşıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məclləsinin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az


Etiketlər:  Bakıda mağazaya silahlı basqın edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ