Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2023 09:40
Əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva onun həyat yoldaşı Röyaldan danışıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, Röyalın onlara bir çox şeyi qadağan etdiyini açıqlayıb. T.Əliyeva bildirib ki, Röyal mərhum aktrisanın əşyalarına toxunulmasına icazə vermir:
"Röyal evdə hər yeri bağlayıb. Deyir, Tünzalənin paltarlarına nə badə əl vurarsınız. Sənin əlin dəyən heç nəyə əl vurmağa qoymur. Deyir, Tünzalə necə qoyubsa, elə də qalsın. Şkafları aça bilmirik, deyir, əşyalarına, corablarına toxunmayın".
Qeyd edək ki, T.Əliyeva ötən gün uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun Zəhra adlı qız övladı var.