Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Röya həyatını sığortalatdırır

Röya həyatını sığortalatdırır

Tarix: 24 Yanvar 2023 20:25

Xalq artisti Röya Ayxan həyatını sığortalatmaq qərarına gəlib.

Sonxeber.net qaynarinfo.az-a istinadən xəbər verir ki, estrada ulduzunu buna vadar edən səbəb üçgünlük solo konsertində riskli performans göstərməyi planlaşdırması olub.

Röya Bakı Konqres Mərkəzində baş tutacaq olan tədbirlərində həyati təhlükəsi olan xoreoqrafik hərəkətlərlə tamaşaçıları təəccübləndirməyi hədəf alıb. Həftələrdir hazırlıq prosesi davam edən xalq artisti bunları nəzərə alaraq həyatını sığortalatmaq niyyətinə düşüb.

Qeyd edək ki, 27-28-29 yanvar tarixlərində keçiriləcək solo konsertin rejissoru Ranar Musayevdir.


Etiketlər:  Röya həyatını sığortalatdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ