Tarix: 13 Oktyabr 2019 19:36
Çili millisinin üzvü Aleksis Sançes zədələnib.
Qol.az xəbər verir ki, Milan “İnter”inin hücumçusu Kolumbiya ilə yoxlama matçında (0:0) sıradan çıxıb. Görüşün ikinci hissəsində zədələnən futbolçu matçı davam etdirə bilməyib.
Çili mətbuatı Sançesin zədəsinin ciddi oduğunu və onun gələn ilin yanvar ayına qədər meydana çıxa bilməyəcəyini yazıb.