Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aygün Kazımova ad günündə vəfasızlardan oxudu - VİDEO

Aygün Kazımova ad günündə vəfasızlardan oxudu - VİDEO

Tarix: 26 Yanvar 2023 11:25

Xalq artisti Aygün Kazımova özəl günündə yenə adət-ənənəsinə sadiq qalıb.

Milli.Az xəbər verir ki, Pop diva yeni klipini sevənlərinin ixtiyarına verib.

"Vəfasızlar unudulmur" adlı mahnının sözləri Şahin İlqar, musiqisi İsmayıl Əsədova məxsusdur. Ekran işi Moskvada lentə alınıb. Klipin rejissoru və layihənin rəhbəri İbrahim Zahidlidir. Çəkiliş Rusiyanın məşhur "Mag film Moscow" şirkətinin heyəti tərəfindən gerçəkləşdirilib. Klipdəki modellər də Rusiyadan seçilib.

Ölkənin əsas ulduzu klipdə beş fərqli obraz yaradıb. Kazımovanın stili üzərində dizayner Ülkər Zahidli çalışıb.

Aygün Kazımova klipdə vəfasızlıqla üzləşən qadın obrazını canlandırıb.

Milli.Az


Etiketlər:  Aygün Kazımova ad günündə vəfasızlardan oxudu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ