Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərxoş sürücü yol polisinin başına oyun açdı - VİDEO

Sərxoş sürücü yol polisinin başına oyun açdı - VİDEO

Tarix: 26 Yanvar 2023 12:40

Rusiyada yol polisini avtomobilinin kapotunda 200 metr sürükləyən sərxoş sürücü saxlanılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Ural vilayətində qeydə alınıb. Görüntülərdə yol polisi inspektorunun dayanmış avtomobilə necə yaxınlaşdığı, lakin sonra avtomobilin qəfil hərəkətə başlayaraq, polisi kapotda apardığı görünür.

Məlumata görə, Mejozernıy kəndində "Skoda Rapid" markalı avtomobil yol polisinin diqqətini çəkib. Sürücü yol polislərinin saxlamaq tələbinə məhəl qoymayıb. Qarşısına çıxan polis avtomobilin kapotuna yıxılıb və 200 metr sürüklənib.

Qanunu pozan şəxsin 23 yaşı var, o, saxlanılıb.

Milli.Az


Etiketlər:  Sərxoş sürücü yol polisinin başına oyun açdı VİDEO


RƏYLƏR