Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2019 09:14
Bakı. Samir Əli - Trend:
Şamaxıda 3 yaşlı uşaq kimyəvi məhlul içib.
Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib. 2016-cı il təvəllüdlü Rəhimov Cəlal Cəlil oğlu evdə anasının mal-qaranı dezinfeksiya etmək üçün hazırladığı xlorofos məhlulunu içib.
Uşaq təcili olaraq Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə açıqlamasında bildirib ki, uşağın vəziyyəti həddindən artıq ağırdır: "Hazırda tibbi heyət problemi aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin