Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2023 23:57
Paşinyan Laçın yolundakı aksiya ilə bağlı yeni iddia irəli sürüb. Bildirib ki, "Bakının növbəti planı" ilə bağlı onlarda informasiya var: "Bu plan Qarabağda iqtisadi və psixoloji vəziyyəti kluminasiya nöqtəsinə çatdırmaq, sonra bir neçə günlüyə yolu açmaq və ermənilərin bölgədən çıxmasına şərait yaratmaqdan ibarətdir. Sonra yolu yenidən bağlayacaqlar, bir müddət sonra ermənilərin Qarabağdan köçməsi üçün növbəti dəfə qısa müddətli açacaqlar".
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, erməni baş nazir bunu Bakını ittiham etmək və beynəlxalq diqqəti bölgəyə çəkmək üçün deyir. Hərçənd, burada səslənən iddianın əks-effekt perspektivi də görünür: Nikolun bu sözlərindən sonra indiyə qədər İrəvanı qarant kimi görən Qarabağdakı ermənilər arasında bölgəni tərk etmək istəkləri arta bilər; aksiyanın başlanmasından sonra "yol açılan kimi çıxmaq" meylləri artıb, Paşinyanın sözlərindən də ermənilər üçün belə bir nəticə çıxır ki, yol açılsa belə, hər an yenidən bağlana bilər; bu baxımdan, köçmək istəyənlər yolun ilk açılacağı vaxtda bölgəni tərk etməyə çalışacaqlar;
Bu kontekstdə Paşinyanın "Bakının planı" dediyi iddiası ermənilərə "imkan yaranan kimi qaçın" mesajı kimi də səslənir.