Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti
Tarix: 27 Yanvar 2023 07:12
Ukrayna ABŞ-dan M1A2-nin təkmilləşdirilmiş modifikasiyasında "Abrams" tanklarını alacaq.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Pentaqon sözçüsü Sabrina Sinq brifinqdə bildirib.
"Yalnız onu deyəcəyəm ki, bu, M1A2 olacaq və əlavə spesifikasiyaları nəzərdən keçirməyəcəyik", - Sinq söyləyib.
Daha öncə Sinq ABŞ ordusunun anbarlarında Ukrayna üçün lazım olan "Abrams" tanklarının olmadığını bildirmişdi.
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Co Bayden Ukraynaya 31 "Abrams" tankının göndəriləcəyini təsdiq edib.
Milli.Az