Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aİ Rusiyanın dondurulmuş pullarını Ukraynaya vermək planı hazırlayıb

Aİ Rusiyanın dondurulmuş pullarını Ukraynaya vermək planı hazırlayıb

Tarix: 27 Yanvar 2023 07:28

Avropa Komissiyası Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin bir hissəsini müvəqqəti olaraq Ukraynanın bərpasına yönəltmək üçün hüquqi imkan tapıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki,Rusiya Mərkəzi Bankının dondurulmuş ümumilikdə 300 milyard avroluq ehtiyatının təxminən 34 milyard avrosu AB ölkələrindəki depozitlərdədir. Dünya Bankının hesablamalarına görə, Ukraynanın müharibədən sonrakı bərpası üçün ən azı 350 milyard dollar lazımdır.

Bloomberg agentliyinin məlumatına əsasən, Avropa Komissiyasının hüquq xidməti təklif olunan planda Rusiyanın pullarının müsadirə oluna bilməyəcəyi və hətta nə vaxtsa əsas borc və faizlərin Rusiyaya qaytarılmalı olacağını bildirib. Əgər AB Rusiya aktivlərini idarə edərkən itkilərə məruz qalarsa, o zaman Brüssel üzv ölkələr hesabına Moskvaya təzminat ödəməli olacaq.

Eyni zamanda, bir sıra Aİ ölkələri planın hüquqi əsaslılığına şübhə ilə yanaşır və onu mübahisəli hesab edir. AB rəsmilərinin rəyinə görə, bu cür təkliflər G7 ölkələri ilə birgə həyata keçirilməlidir.

Hər bir halda Rusiyanın dondurulmuş aktivlərinin hansı yollarla Ukraynaya verilə biləcəyi indidən maraq doğurur.

Milli.Az


Etiketlər:  Rusiyanın dondurulmuş pullarını Ukraynaya vermək planı hazırlayıb


RƏYLƏR