Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təcavüzdən doğulan körpələr yandırılıblar: 66 yeni uşaq məzarı tapıldı

Təcavüzdən doğulan körpələr yandırılıblar: 66 yeni uşaq məzarı tapıldı

Tarix: 27 Yanvar 2023 12:12

Kanadanın Britaniya Kolumbiyası adlı qədim yaşayış məskənində qəbirləri axtaran komanda uşaq qəbirləri ola biləcək daha 66 qəbrə rast gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, araşdırma zamanı uşaqlara qarşı cinayətlərin qalıqları tapılıb.

Sağ qalanlarla aparılan müsahibələr və arxiv qeydlərinə əsasən, müəyyən edilib ki, katolik məktəbinin bağçasında cinsi təcavüz nəticəsində dünyaya gələn körpələr məktəb daxilində və xaricində yandırılaraq öldürülüblər.

Növbəti addım hazırda araşdırma aparılan ərazilərdə təxminən 159 işarəsiz məzardan potensial cəsədlərin çıxarılması olacaq.

Yanvarın 18-də Kanadanın Ontario şəhərində köhnə internat məktəbinin yerində məzar sayılan 171 yeni yer müəyyən edilib və bunların məktəbdə qalan uşaqların məzarları ola biləcəyi bildirilib.

Birincisi 1840-cı ildə Kanada hökuməti adından Katolik Kilsəsi tərəfindən açılan, sonuncusu isə 1997-ci ildə bağlanan internat kilsə məktəbləri 150 mindən çox yerli uşağın zorla ailələrin əllərindən alındığı yerlər kimi tarixə düşüb.

Milli.Az


Etiketlər:  Təcavüzdən doğulan körpələr yandırılıblar 66 yeni uşaq məzarı tapıldı


RƏYLƏR