Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əsgərlər tövlədə yatır, ancaq 2,5 milyonluq çiyələk “yeyir”...

Əsgərlər tövlədə yatır, ancaq 2,5 milyonluq çiyələk “yeyir”...

Tarix: 27 Yanvar 2023 14:12

Müdafiə nazirinin ümumiyyətlə biliyi sıfırdır, onun ən mühüm "ləyaqəti" susmağı bacarmasıdır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

"Hərbi hissənin yanması zamanı 15 əsgərin ölməsi onları maraqlandırmır, onları yalnız öz versiyalarının araşdırılması maraqlandırır. Buna görə Paşinyan və Papikyan məsuliyyət daşımalıdır. Paşinyan ümumiyyətlə bilirmi ki, daxili xidmət nizamnaməsi var, orada bütün qaydalar yazılıb? Niyə Nizamnaməni pozaraq əsgərləri bir çıxışı olan anbara yerləşdiriblər?" - o bildirib.

Baqartyan qeyd edib ki, Paşinyanı dəfələrlə səngərlər qazmağa, sığınacaqlar tikməyə və şərait yaratmağa çağırıblar, o isə əksinə, əsgərləri anbara yerləşdirib:

"Amma Avinyanın himayəsi ilə normal şərait yaratmaq əvəzinə çiyələk almağa 2,5 milyon dollar ayrılır. Hamı yatarkən növbətçi gözətçilər olmalıdır. Müdafiə nazirinin ümumiyyətlə biliyi sıfırdır, onun ən mühüm "ləyaqəti" susmağı bilməsidir".


Etiketlər:  Əsgərlər tövlədə yatır ancaq milyonluq çiyələk yeyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ