Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev İsraildə törədilən terror aktı ilə bağlı başsağlığı verdi

İlham Əliyev İsraildə törədilən terror aktı ilə bağlı başsağlığı verdi

Tarix: 28 Yanvar 2023 22:30

Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə əlaqədar Prezident İsxak Hersoqa və həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını arzulayıb.

Azərbaycan Prezidenti bu barədə israilli həmkarı ilə telefon danışığı zamanı bildirib.

İsrail Prezidenti başsağlığına görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Prezident İlham Əliyev bildirib ki, terrorizmdən əziyyət çəkən dövlət olaraq Azərbaycan motivlərindən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərini pisləyir.

Milli.Az


Etiketlər:  İlham Əliyev İsraildə törədilən terror aktı ilə bağlı başsağlığı verdi


RƏYLƏR