Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xəstəliklərin yaranma səbəbinin 80% BUDUR

Xəstəliklərin yaranma səbəbinin 80% BUDUR

Tarix: 28 Yanvar 2023 22:45

Fiziki, emosional, kimyəvi və zehni səbəblərdən yaranan stres, bu gün bir çox insana təsir edən xəstəlikdir. Bəzi ekspertlərin fikrincə, xəstəliklərin yaranma səbəbinin 80 faizi streslə bağlıdır.

Dünya statistikasına görə son onillikdə iş yerlərində stresdən əziyyət çəkənlərin sayı artır, bu səbəbdən işçilərin sağlamlıq probleminin səviyyəsi çox yuxarıdır.

Stres və onun təsirləri həm fiziki, həm də psixoloji sağlamlığımıza təsir göstərə bilər. Stres başağrısı, yuxusuzluq və ya yorğunluq kimi fiziki xəstəliklərə təsir edir. İctimai çıxışlar, həyat yoldaşınızla mübahisə etmək, iş yerlərində yaranan problem ciddi stres mənbəyidir. Stresin yaratdığı təsirlər özünü sonradan büruzə verir.

AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, çoxsaylı tədqiqatlar göstərir ki, qəfil yaranan emosional streslər ürək-damar xəstəliklərinə, ürək ritminin pozulmasına və hətta qəfil ölümə səbəb ola bilər. Aparılan tədqiqatlara görə müsbət münasibət yaşamaq, xoşbəxtlik, həyatdan həzz almaq stresdən uzaqlaşdıran amillərdir.

Tədqiqatçılar stresdən azad olmaq üçün hər gün əyləncəli fəaliyyətlərə ən az 1 saat vaxt ayırmağın vacib olduğunu deyir.

Milli.Az


Etiketlər:  Xəstəliklərin yaranma səbəbinin 80 BUDUR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ