Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2023 08:02
Ermənistan ordusunun N saylı hərbi hissəsinin əsgəri güllə yarası alıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, hadisə 29 yanvarda, axşam saatlarında baş verib.
Erməni Teleqram kanallarının məlumatına görə, ilkin ehtimal əsgərin "silahla davranış qaydasını pozması nəticəsində" açılan güllədən yaralanmasıdır. Onun intihar məqsədilə özünü güllələməsi də istisna edilmir.
Hazırda yaralının vəziyyətinin həddən artıq ağır olduğu bildirilir.
İstintaq aparılır.