Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2023 15:20
Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili bədən çəkisinin 39,3%-ni itirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında endokrinoloq Lali Cavaşvili bildirib.
O, Mixeil Saakaşvilinin səhhətində kliniki kaçexia və malabsorbsiya yarandığını və intensiv şəkildə çəki itirdiyini qeyd edib.
Həkim Saakaşvilinin durumunun ciddi olduğunu və onda digər simptomların da yarandığını bildirib.
Lali Cavaşvilinin sözlərinə görə, Mixeil Saakaşvilinin çəkisi 45 kiloqram azalaraq 115 kiloqramdan 69 kiloqrama düşüb.