Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2023 18:40
Rusiyada qarla örtülmüş Yakutsk şəhəri -50 temperaturda lentə alınıb.
Sonxeber.net bildirir ki, Rusiya şəhərinin kadrlarını videoqraf Mayk Mixaylyuk öz İnstaqram səhifəsində yayımlayıb.
Video sənətçinin çəkdiyi kadrlarda şəhər əhalisi görünmür - yalnız qar, buz və şaxta, şəhər "buzlu" mavi işıqla işıqlandırılıb. Paylaşımın altındakı şərhlərdə Mixaylyukun bəzi abunəçiləri qeyd ediblər ki, bu videoya baxmaqdan üşüyürlər.
Digərləri, Yakutiya sakinləri əlavə ediblər ki, -50 respublikada yaşadıqları ən pis temperatur deyil. "-50 normadır. Kəndimdə -65, mən Yakutiyadanam", - deyə abunəçilərdən biri yazıb.
İrfan Vəliyev