Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2023 18:50
Əməkdar artist Abbas Bağırov oğulları Murad və Rauldan söz açıb.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Səhər mərkəzi" verilişində ailəsini və övladlarını hər zaman mediadan gizlədəcəyini bildirib.
Bağırov bu addımının izahını belə verib:
"Heç bir şəkildə övladımın üzünü görə bilməzsiniz. Bunu sevmirəm. Soruşacaqsınız niyə? Hər insanın öz xasiyyəti var. İstəmirəm ki, ailəmlə gündəmə gəlim və sosial şəbəkədə bununla bağlı paylaşımlar etsinlər. Buna pis baxmıram. Kimsə paylaşırsa, onun şəxsi işidir. Sadəcə mən bunları xoşlamıram".
Qeyd edək ki, A.Bağırovun oğulları ikinci nikahdan dünyaya gəlib. Sənətçinin ilk evliliyindən bir qızı da var.