Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2023 21:40
Mərhum türkiyəli müğənni Barış Mançonun həyat yoldaşı Lalə Manço sənətçinin illər əvvəl dediyi vəsiyyətini açıqlayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, mərhum müğənninin istəyi "2023" əsərini ifa etməklə bağlı olub.
Həyat yoldaşı onun vəsiyyəti haqqında məlumat verib:
"Barış vəsiyyət edib ki, 2023-cü ildə 80 yaşı olan zaman "2023" bəstəsini simfonik orkestrin müşaiyət ilə ifa etsin. Bu əsər Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunub. Biz bu il ərzində müxtəlif texniki vasitələrlə onu səhnəyə çıxararaq arzusunu reallaşdırmağa çalışacayıq".
Qeyd edək ki, Barış Manço 2 fevral 1999-cu ildə vəfat edib.