Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zinət əşyalarının alqı-satqısında YENİ QAYDA

Zinət əşyalarının alqı-satqısında YENİ QAYDA

Tarix: 31 Yanvar 2023 22:32

Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısının yalnız nağdsız qaydada həyata keçiriləcək həddi müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə sərəncam imzaladığı "Nağdsız hesablaşmalar haqqında" qanuna dəyişiklikdə əksini tapan yeni - 3.4.15-ci maddədə qeyd edilib.

Qanuna əsasən, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Bu Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir.

Milli.Az


Etiketlər:  Zinət əşyalarının alqı satqısında YENİ QAYDA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ