Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu sahədə fəaliyyət göstərən sahibkarlar qeydiyyat üçün “Bakı KOB Evi”nə müraciət edə bilərlər

Bu sahədə fəaliyyət göstərən sahibkarlar qeydiyyat üçün “Bakı KOB Evi”nə müraciət edə bilərlər

Tarix: 2 Fevral 2023 11:52

Qida sahəsində fəaliyyət göstərən sahibkarlar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən biznes subyektlərinə göstərilən müxtəlif xidmətlərlə bağlı "Bakı KOB evi"nə müraciət edə bilərlər.

KOBİA-dan Milli.Az-a bildirilib ki, AQTA tərəfindən "Bakı KOB evi"ndə sahibkarlara qida obyektlərinin qeydiyyatı və təsdiqi, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektlərinin qeydiyyatı və dövlət reyestrindən çıxarışın verilməsi xidməti göstərilir.

Bundan əlavə, sahibkarlar qeydiyyat və təsdiqin yenidən rəsmiləşdirilməsi, dayandırılması və ləğv edilməsi ilə bağlı da "Bakı KOB evi"nə müraciət edə bilərlər.

Milli.Az


Etiketlər:  Bu sahədə fəaliyyət göstərən sahibkarlar qeydiyyat üçün Bakı KOB Evinə müraciət edə bilərlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ