Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bunun üçün ailə tərbiyəsi lazımdır"

Tarix: 3 Fevral 2023 11:40

"Kim nə istəyir oxuyur, danışır və göstərir. Onların çoxu yutub üzərindən tanınır. İnternet dövrünün insanı olmadığım üçün və köhnə fikirli, maraqsız olduğum üçün onları tanımıram".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Zaur Əmiraslanov "Şou xəbər"ə müsahibəsində deyib. Sənətçi şou-biznesdəki bəzi həmkarlarını tənqid edib:

"Pul, toylar gəlib gedəcək, amma şərəf və ləyaqət qayıtmayacaq. Şux duruşunu qoruyub saxlamaq nə vaxtdan ayıb olub ki? Şərəf və ləyaqətimi hər zaman qorumuşam və qoruyacağam. Bunun üçün ailə tərbiyəsi lazımdır. Düzdür, valideynin də rolu burada böyükdür. Hamıya o qədər pul arzulayıram ki, ayılanda ətraflarında puldan başqa heç nəyin olmadığını görsünlər.

Milli.Az


Etiketlər:  Bunun üçün ailə tərbiyəsi lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ