Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Fənərbağça” prezidentinin oğlu Fransa kurortunda yaralandı - FOTO

“Fənərbağça” prezidentinin oğlu Fransa kurortunda yaralandı - FOTO

Tarix: 3 Fevral 2023 17:22

"Fənərbağça" klubunun prezidenti Ali Koçun oğlu Kerim Rahmi Koçun başına bədbəxt hadisə gəlib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Kerim Rahmi Koç semestr tətili üçün getdiyi Fransanın Alp dağlarında yerləşən Kurşevel xizək kurortunda yaralanıb. O, xizək sürərkən yıxılıb. Ciddi xəsarət alan Koç şəxsi təyyarə ilə İstanbula gətirilib və ailəsinə məxsus xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Koç ailəsi əvvəlki gün qohumları Aslı Çetinerin 24 yaşlı qızı Leyla Çiftkurtun Londonda ölüm xəbəri ilə sarsılıb.


Etiketlər:  Fənərbağça prezidentinin oğlu Fransa kurortunda yaralandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ