Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti
Tarix: 3 Fevral 2023 23:26
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi, səfir Kubanıçbek Ömürəliyev İsveç və Danimarkada Quranın yandırılmasını qınayıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidmətindən bildirilib.
Vurğulanıb ki, baş verən bu mənfur əməl ən kəskin şəkildə pislənilir.
Qeyd edək ki, İsveç və Niderlanddan sonra Danimarkada müsəlmanların müqəddəs kitabı Qurana qarşı təhqiramiz hərəkətlərə yol verilib. Eyni hadisənin Finlandiya və Norveçdə baş verməsinin qarşısı alınıb.
Milli.Az