Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qərb ölkələri İranın nüvə fəaliyyəti ilə bağlı bəyanat yaydı

Qərb ölkələri İranın nüvə fəaliyyəti ilə bağlı bəyanat yaydı

Tarix: 4 Fevral 2023 13:30

ABŞ, Fransa, Almaniya və Böyük Britaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın Fordo zavodundakı nüvə obyekti ilə bağlı hesabatı ilə əlaqədar olaraq, İranı beynəlxalq öhdəliklərə əməl etməyə və bu qurumla əməkdaşlıq etməyə çağıran bəyanat yayıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

Qeyd olunub ki, İranın 60 faizə qədər yüksək zənginləşdirilmiş uran istehsal etməsi bu dövlətin Hərtərəfli Təminatlar Sazişindən (JCPOA) irəli gələn öhdəliklərinə uyğun deyil.

Bəyanatda bildirilib ki, İranın hərəkətləri bu dövlətin verdiyi açıqlamalara yox, MAQATE-nin qərəzsiz və obyektiv hesabatlarına uyğun qiymətləndirilir.

Bəyanatda vurğulanıb ki, İranın Fordo Zənginləşdirmə Zavodunda yüksək zənginləşdirilmiş uranın istehsalı ilə bağlı xəbərlər risklidir:

"İranın hərəkətləri narahatlıq doğurur. Çünki bu dövlət JCPOA çərçivəsində öhdəliklərin icrasını, o cümlədən Əlavə Protokolunun icrasını dayandırıb. Ötən il İdarə Heyətinin bu məsələ ilə bağlı iki qətnamə qəbul etməsinə baxmayaraq, İran hələ də AEBA-nın suallarına cavab verməyib. Biz İranı JCPOA irəli gələn bütün hüquqi qüvvəyə malik beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq".


Etiketlər:  Qərb ölkələri İranın nüvə fəaliyyəti ilə bağlı bəyanat yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ