Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xomeyninin Fransadakı xatirə lövhəsi dağıdıldı - VİDEO

Xomeyninin Fransadakı xatirə lövhəsi dağıdıldı - VİDEO

Tarix: 4 Fevral 2023 13:52

İran İslam Respublikasının banısı Ruhulla Xomeyninin Fransadakı xatirə lövhəsi sökülüb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, ayətullah 1978-1979-cu illərdə 4 ay Fransada mühacirətdə olub. O, mühacirətini İvelin departamentinin Nofl-lö-Şato kommunasında keçirib.

Sonradan bu evin həyətində fransız və fars dillərində xatirə lövhəsi qoyulub və məkan Fransada yaşayan Xomeyni aşiqlərinin ziyarət yerinə çevrilib. Bir neçə həftə əvvəl Fransada yaşayan iranlılar və onlara dəstək verən fransızlar lövhənin sökülməsi tələbi ilə bələdiyyəyə müraciət ediblər. Bələdiyyə ərazinin xüsusi mülkiyyət olduğunu səas gətirərək bunun mümkün olmadığını bildirib.

Bu günlərdə isə sosial şəbəkənin farsdilli seqmentində sözügedən lövhənin dağıdılmasına dair video yayılıb.


Etiketlər:  Xomeyninin Fransadakı xatirə lövhəsi dağıdıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ