Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2023 18:40
Rusiyalı kiçik qızcığazı ukraynalını "öldürməyə" məcbur edib.
Qızcığaz isə qəribə əmri həvəslə yerinə yetirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "İşi svoix" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, insident çat-ruletin efirində baş verib. Rusiyadan olan istifadəçi arxasında Ukrayna bayrağı asılmış oğlanı görüb.
Rusiyalı ukraynalı ilə ünsiyyətinə təhqir və hədələrlə başlayıb. Sonra isə azyaşlı uşağı da bu kinli hərəkətlərinə cəlb edib.
"Oh, ukraynalı. Vur ukraynalını, öldür. Öldür ukraynalını... Bir daha... Və öldüyünə əmin olmaq üçün alnına son əminlik atəşi...", - deyə rusiyalı uşağa əmr edib.
Qızcığaz bu istəyi adi bir şey zənn edib və ukraynalıya "atəş açıb". Ukraynalı isə bütün bunların müqabilində bir kəlmə də danışmayıb.
Videonun sonunda rusiyalının ürəyi yenə soyumayıb. "Sən hələ də sağsan? Ölümsüzsən?", - deyə istehzalı şəkildə sual verib.