Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" La Liqada favorit deyil" - Xavi

Tarix: 4 Fevral 2023 19:46

"Barselona"nın baş məşqçisi Xavi komandasını La Liqada favorit hesab etmir.

Bu barədə mütəxəssis özü danışıb. O, Kataloniya təmsilçisinin sadəcə çempionluq üçün iddialı komandalardan biri olduğunu deyib:

"Təxminlər mövsümün sonunda verilir. Yaxşı formadayıq, yaxşı anlar yaşayırıq. Gözəl oyunlar oynadıq. Ümumilikdə, La Liqadakı işimizdən çox razıyam. Biz hazırda turnir cədvəlində liderik, yenicə titul qazanmış "Real"ı 5 xal qabaqlayırıq... Belə davam etməliyik. Mənə elə gəlir ki, biz favorit deyilik, əksinə, titul üçün iddialılardan biriyik. La Liqanın və Çempionlar Liqasının hazırkı qalibi ilə yarışırıq. Son və ya sondan əvvəlki tura qədər çempionluq uğrunda mübarizə aparacağıq. 5 xal geridə olsalar da, onları güclü hesab edirəm.

Biz də hər matçda təzyiq hiss edirik, təkcə "Real"dan yox, bütün komandalardan. Hər həftə bizim üçün əsasdır. Hər matç bir mövsümün taleyini həll edir. Biz "Barselona"yıq və təzyiq altındayıq".

Milli.Az


Etiketlər:  Barselona La Liqada favorit deyil Xavi


RƏYLƏR