Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2023 20:36
Amerikalı mütəxəssislər göz damcıları ilə bağlı araşdırma aparıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə göz damcılarının istifadəsi davamlı infeksiyanın inkişafına səbəb ola bilər.
ABŞ-ın 11 ştatında göz damcılarını mütəmadi olaraq istifadə edən 50 nəfərin əksəriyyətinin gözündə infeksiya aşkarlanıb.
Araşdırma nəticəsində infeksiyaya yoluxanlardan birinin öldüyü, üç nəfərin isə görmə qabiliyyətini itirdiyi məlum olub.
Bəzilərində isə tənəffüs yolu və sidik yollarının infeksiyaları müşahidə edilib.
Qeyd edək ki, mütəxəssislər damcıların istehsal prosesi zamanı çirklənə biləcəyini ehtimal edir.