Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2023 21:34
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bu ay istefaya göndəriləcəyi haqda iddia yayılıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, buna səbəb kimi Ramiz Zeynalovun bu ay 72 yaşının tamam olması göstərilir.
Qeyd edək ki, Ramiz Məhəmmədəli oğlu Zeynalov 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU) və SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirib.
1976-cı ildə daxili işlər orqanlarında işə başlayıb. 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.
R.Zeynalov 2003-cü ildə "general-mayor" rütbəsi alıb. Generallar üçün xidmətdə ən son yaş həddi 70 sayılır.
Buna görə də R.Zeynalovun 29 ildir rəhbərlik etdiyi qurumdan pensiyaya göndəriləcəyi barədə məlumatın yayılması təsadüfi deyil.